Yaxın günlərdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” çərçivəsində elan edilmiş tenderin nəticələri açıqlanacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyin direktoru Cavid Abdullayev Sənaye Təhlükəsizliyi Zirvəsində çıxış edərək bildirib.
Onun sözlərinə görə, qeyd olunan saziş Xəzər Dənizindən Avropa İttifaqına qədər böyük bir ötürücülük sisteminin formalaşmasını nəzərdə tutur.
"Bununla bağlı məsləhətçi şirkətin seçilməsi üçün elan olunmuş tender artıq yekunlaşır və yaxın günlərdə onun nəticələri yəqin ki, elan olunacaq", - Cavid Abdullayev qeyd edib.
Agentliyin direktoru onu da əlavə edib ki, qalib məsləhətçi şirkət saziş çərçivəsində yaradılması nəzərdə tutulan sistemin konfiqurasiyasının nədən ibarət olacağı və onun texniki-iqtisadi əsaslandırılması üzrə müfəssəl araşdırmalara start verəcək.
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir