"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Çexiyanın paytaxtı Praqaya və əks istiqamətdə həyata keçirilən uçuşlar üçün xüsusi kampaniyaya start verib.
"İki sahil" AZAL-a istinadən xəbər verir ki, kampaniya çərçivəsində aviabiletlərin qiyməti 555 manatdan başlayır.
Bu marşrut üzrə endirimli aviabiletlər dekabrın 1-dən 7-dək satışda olacaq. Təklif iki vaxt aralığında yerinə yetiriləcək uçuşlara şamil olunur: 12 yanvar–11 mart və 1 aprel–31 may 2024-cü il.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir