“Azərbaycanın neft ölkəsi olduğunu nəzərə alaraq karbonsuzlaşdırma səylərin göstərilməsini zəruri hesab edirəm”.
“İki sahil” xəbər verir ki, bunu Bakıda keçirilən "Inmerge" İnnovasiya Sammitində çıxışı zamanı Tesla şirkətinin həmtəsisçisi, baş texnologiya direktoru JB Straubel deyib.
O qeyd edib ki, texnologiya sahəsinin inkişafı ilə buna nail ola bilərik.
“Mediada nəzər yetirildikdə sanki belə görünür ki, görülən tədbirlər karbon emissiyasını azaldır. Amma rəqəmlər onu göstərir ki, ayrı-ayrı ölkələr, şirkətlər üzrə deyil, qlobal şəkildə Co2 emissiyası rekord həddə çatır” - JB Straubel əlavə edib.
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir