Etalon markalı neftin qiymətləri bu gün dünənki kəskin endirimdən sonra yenidən aşağı düşüb, çünki investorlar ötən gün baş tutan “OPEC+” nazirlərinin görüşünün nəticələrini qiymətləndirirlər.
"İki sahil” “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 0,23 ABŞ dolları aşağı düşərək 1 barel üçün 80,63 ABŞ dolları təşkil edib.
Nyu-York əmtəə birjasında "WTI" markalı neftin yanvar fyuçersləri 0,4 ABŞ dolları ucuzlaşaraq 1 barel üçün 75,92 ABŞ dolları olub.
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir