Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sahibkarları sənaye təhlükəsizliyi məsələsinə barmaqarası yanaşmamağa çağırıb.
“İki sahil” xəbər verir ki, bu çağırışı Agentliyin rəisi Vüsal Ağayev Sənaye Təhlükəsizliyi Zirvəsində çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, sənaye təhlükəsizliyinə sərf edilən vaxt və investisiyalar heç bir halda itməyəcək.
Agentliyin rəhbəri onu da qeyd edib ki, sənaye sektoru daim inkişafda olan sahədir və həmişə diqqət mərkəzində olmalıdır.
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir