04 dekabr 2023 01:47
231

Gəncədə "RAF" ilə motosiklet toqquşub

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Hərəkətdə olan "RAF" markalı avtomobillə motosiklet toqquşub.

Qəza zamanı motosikletin sürücüsü, 1992-ci il təvəllüdlü Firuddin Heydərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.