Vyetnamdan Azərbaycana ədviyyat, sous, qurudulmuş meyvə, içki və digər qida məhsullarının ixracı artıb.
"İki sahil” xarici mətbuata istinadən məlumat verir ki, bunu Vyetnamın Rusiyadakı ticarət müşaviri Duong Hoang Minh bildirib.
Onun sözlərinə görə, Azərbaycanla yanaşı, Rusiya, Belarus, Moldova, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistana da ixracda artım müşahidə olunur.
Vyetnam Gömrük Baş İdarəsinin statistik məlumatlarına görə, dünyada gedən iqtisadi və siyasi proseslərlə əlaqədar 2022-ci ildə Vyetnam və Avrasiya İqtisadi Birliyinə üzv ölkələr arasında ticarət dövriyyəsinin dəyəri 2021-ci ilə nisbətən 9,7 % azalaraq 13,3 milyard ABŞ dolları, 2023-cü ilin 9 ayında isə illik müqayisədə 6,5 % azalaraq 9 milyard ABŞ dolları təşkil edib.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb