Bu gün şəhərsalma və iqlim dəyişiklikləri üzrə məsələlərin müzakirəsi məqsədilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində Nazirlər Toplantısı keçirilib.
“İki sahil”in Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən verdiyi məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində konfrans çərçivəsində keçirilən Nazirlər Toplantısında mənzil, şəhərsalma, maliyyə və digər istiqamətlərdə çalışan dövlət qurumlarının rəhbərləri, beynəlxalq təşkilatlarının nümayəndələri və digər yüksək səviyyəli rəsmilər bir araya gəlib.
Görüş iqlim böhranına cavab vermək üçün şəhərlər və yerli hökumətlər tərəfindən maliyyələşdirmənin düzgün tətbiqini təmin etmək, sürətləndirmək, hədəfləri müəyyən etmək və gücləndirmək məqsədi daşıyır. Müzakirələrə əlavə olaraq, Toplantıda iqlimlə bağlı fəaliyyətdə nazirliklərin roluna dair maraqlı tərəflər və tərəfdaşlarla məsləhətləşmə prosesinin başlanması da qeyd olunub.
Qeyd edək ki, Şəhərləşmə və İqlim Dəyişikliyi üzrə Nazirlər Toplantısında 50-dən çox ölkədən nazir və şəhərlərin iqlimə davamlılığı istiqamətində çalışan 1 000-ə yaxın mütəxəssis iştirak edib.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb