Azərbaycan 2023-cü ilin yekununda 8 milyon ABŞ dolları dəyərində şərab ixrac edəcək.
“İki sahil” xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.
"Bu ilin 11 ayında şərab ixracının ümumi dəyəri 7 milyon ABŞ dollarını keçib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33 % çoxdur. Əsas ixrac bazarımız Rusiya olaraq qalır. 11 ayda bu ölkəyə 5 milyon ABŞ dollarından çox dəyərdə şərab ixrac edilib. Hesab edirik ki, ilin sonuna qədər Azərbaycana şərab ixracından 8 milyon ABŞ dollar dəyərində vəsait daxil olacaq. Bunun da 80-85 %-i Rusiyanın payına düşəcək", - deyə o qeyd edib.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb