İtaliya Çinin “Bir Kəmər-Bir Yol” layihəsində iştirakını uzatmaq niyyətində deyil.
“İki sahil” xəbər verir ki, İtaliyanın “Bir Kəmər-Bir Yol” təşəbbüsündən çıxmaq haqqında nota səfirlik vasitəsilə Çinin Xarici İşlər Nazirliyinə təqdim olunub. Eyni zamanda İtaliya sənəddə 10 ildən artıq bir müddət ərzində Çinlə olan strateji tərəfdaşlığı saxlamaq və möhkəmləndirmək niyyətini ifadə edib.
Qeyd edilir ki, Çinin adıçəkilən layihəsində iştirak dövrü ərzində İtaliya böyük iqtisadi fayda əldə edə bilməyib, əksinə lazımsız siyasi fəsadlarla qarşılaşıb.
“Bir Kəmər-Bir Yol” təşəbbüsü 2013-cü ildə irəli sürülüb. Hazırda 152 ölkə və 30 beynəlxalq təşkilat Çinlə bu proqram çərçivəsində əməkdaşlıq sazişi imzalayıb. İtaliya 2019-cü ildə Çinlə həmin proqramın layihələrində iştirakını təsdiqləyən ilk G7 ölkəsi olub.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb