Böyük Britaniya növbəti 30 ildə Azərbaycana investisiya qoyuluşunu artırmağı və daha yüksək səviyyəyə çatdırmağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, bunu Böyük Britaniyanın ixrac üzrə naziri Lord Offord bu gün Bakıda keçirilən Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasında bildirib.
Onun sözlərinə görə, ölkəsi Azərbaycanın müstəqillik tarixində ən böyük investor olub: “Bu günə qədər Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 83 milyard ABŞ dolları sərmayə yatırıb".
Britaniyalı nazir həmçinin deyib ki, texnologiya və kibertəhlükəsizlik sahəsində Azərbaycanla əlaqələri genişləndirmək istəyirlər: "Bizim texnologiya şirlətləri bu il Bakıda keçirilmiş astronavtika və innovasiya sammitlərində iştirak edib. Fevralda isə Bakıda kibertəhlükəsizlik sammiti keçirməyi və bütün startapları, həmçinin texnologiya şirkətlərini ora toplamağı düşünürük”.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb