Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün sənayeləşmə siyasəti seçilib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməlqoyma mərasimində bildirib.
Nazir qeyd edib ki, bu layihə Azərbaycanla Türkiyə arasında hərtərəfli münasibətlərin daha bir təzahürüdür, türk şirkətinin ölkəmizə birbaşa sərmayəsidir.
"Dərman istehsalı hər bir dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. İstənilən resurs tükənəndir. Yalnız insan kapitalına əsaslanaraq bu hüdudları genişləndirmək olar. Bu müəssisənin fəaliyyəti sektorun inkişafına yönəlmiş addımdır. Biz bunu səmimi qəlblə qəbul edirik", - deyə o əlavə edib.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb