Telekommunikasiya sektorunda Azərbaycan və Türkiyə istehsalı olan avadanlığın istifadəsi istiqamətində danışıqlar aparılır.
“İki sahil” xəbər verir ki, bunu Kommunikasiya Texnologiyaları Klasterinin rəhbəri İlyas Kayaduman jurnalistlərə açıqlamasında deyib.
“Türkiyədə 160-dan çox şirkətdən ibarət sadəcə telekommunikasiya avadanlığı istehsalı üzrə ixtisaslaşan bir klasterimiz var. Əsas məqsədimiz telekommunikasiya sistemində türk istehsalı olan milli və yerli avadanlıqların istifadəsinin artmasını təmin etməkdir.
Bizim qurumun 2017-ci ildə əsası qoyulub və bugünədək ciddi uğurlar əldə etmişik. Bu uğurları Azərbaycana da gətirmək istəyirik. Azərbaycandakı yerli şirkətlərlə də əməkdaşlıq qurub, buradakı fürsətləri dəyərləndirərək Azərbaycanda telekommunikasiya ekosisteminin genişləndirilməsi istiqamətində birgə işləmək niyyətindəyik. Buradakı firmalarla məlumat mübadiləsi, texnlogiya transferi, investisiya yatırımları, telekommunikasiya sistemində Azərbaycan və Türkiyə istehsalı olan avadanlığın istifadəsi istiqamətində danışıqlar aparırıq",- İ.Kayaduman qeyd edib.
Onun sözlərinə görə, ötən 8-9 ay müddətində bu tədbirlərin həyata keçirilməsi üçün həm Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən, həm də Türkiyə tərəfindən ciddi işlər görülüb. “Birlikdə çox daha yaxşı layihələr ortaya qoyacağımıza inanırıq", - deyə türkiyəli qonaq əlavə edib.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb