Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev dekabrın 7-də “China Energy International Group Co. Ltd” şirkətinin prezidenti Çiao Sübin ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, görüşdə Azərbaycan-Çin dostluq və əməkdaşlıq əlaqələrinin siyasi, ticari-iqtisadi, qarşılıqlı investisiyalar, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, humanitar və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bildirilib.
Azərbaycanın “yaşıl” enerji imkanlarının inkişaf etdirilməsi məqsədilə potensial layihələr müzakirə olunub, bu sahədə imzalanan əməkdaşlıq sənədlərinin əhəmiyyəti vurğulanaraq, görüləcək işlər və gələcək hədəflər nəzərdən keçirilib.
Görüşdə, həmçinin işğaldan azad olunan ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən bəhs edilib, “China Energy International Group Co. Ltd” şirkəti ilə bu istiqamətdə əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb