ABŞ-ın “Chevron Corp.” neft şirkəti 2024-cü il üçün 15,5-16,5 milyard ABŞ dolları məbləğində kapital xərcləri həyata keçirməyi planlaşdırır.
"İki sahil” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ şirkəti məlumat yayıb.
Bildirilib ki, kapital xərclərinin əsas hissəsi Perm hövzəsi və Meksika körfəzindəki layihələrə sərf ediləcək.
Qeyd olunub ki, gələn il kəşfiyyat və hasilat (“upstream”) üzrə investisiyalar təxminən 14 milyard ABŞ dolları təşkil edəcək. Bu vəsaitin üçdə ikisi ABŞ-dəki layihələrə xərclənəcək.
Şirkət “upstream” seqmentində büdcənin təxminən 25 %-ni Meksika körfəzindəki layihələrə, o cümlədən hasilatı 2024-cü ildə başlamalı olan “Anchor” neft yatağının işlənməsinə ayırmağı planlaşdırır.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb