Azərbaycan və Böyük Britaniya qazın ötürülməsində hidrogenin təbii qaz ilə mümkün qarışdırılması (müxtəlif qarışdırma variantları ilə) sahəsində bilik mübadiləsinin aparılması məsələsini razılaşdırıblar.
Bu barədə “İki sahil” Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının protokoluna istinadən xəbər verir.
Sənədə əsasən, tərəflər hidrogenin mövcud qaz kəmərləri ilə nəqlində bilik mübadiləsinin aparılması məsələsini də razılaşdırıblar.
Qeyd edək ki, dekabrın 7-də Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib.
İclasın sonunda Azərbaycan - Böyük Britaniya Hökumətlərarası Komissiyanın 6-cı iclasının yekununa dair Protokol imzalanıb. Komissiyanın 7-ci iclasının 2024-cü ildə London şəhərində keçirilməsi razılaşdırılıb.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb