Azərbaycan 2027-ci ilə qədər Avropaya qaz təchizatını iki dəfə artırmağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Böyük Britaniya Dövlət katibinin parlament üzrə müavini, ixracat naziri Lord Offordla görüşdə bildirilib.
İki ölkə arasında enerji sahəsində əməkdaşlığın yüksək səviyyəsi təqdir edildi, bu baxımdan BP şirkəti ilə uzun illər səmərəli və qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb.
Cənub Qaz Dəhlizi kimi enerji təhlükəsizliyi layihələri uğurlu enerji əməkdaşlığının nümunəsi kimi dəyərləndirilib.
Azərbaycanın 2027-ci ilə qədər Avropaya qaz təchizatının iki dəfə artırılması planları barədə məlumat verilib. Bu istiqamətdə BP şirkəti ilə əməkdaşlığın davam edəcəyinə ümidvarlıq ifadə olunub.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb