Bu ilin yanvar-sentyabr aylarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin xalis mədaxil qiyməti 78,6 ABŞ dolları təşkil edib.
“İki sahil” xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22 % azdır.
"Bu ilin 9 ayında ARDNF-in büdcə gəlirləri 14 878,3 milyon manat və yaxud təsdiq edilmiş proqnozun 91,1%-i, büdcə xərcləri isə 3 587 milyon manat və yaxud təsdiq edilmiş proqnozun 30,3 %-i qədər icra edilib", - deyə hesabatda qeyd olunub.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb