2024-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) idarə edilməsi ilə bağlı xərclərin 38,247 milyon manat təşkil edəcəyi gözlənilir.
“İki sahil” xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.
Məlumata görə, bu, 2023-cü ilin proqnozu ilə müqayisədə 3,1 % çoxdur.
ARDNF-in gələnilki xərclərinin 15,348 milyon manatını və yaxud təxminən 40,1 %-ni əməyin ödənişi xərcləri təşkil edəcək. Fond satınalmalara 17,522 milyon manat, sosial ödənişlərə 0,1 milyon manat, qeyri-maliyyə aktivlərinə isə 5,276 milyon manat xərcləyəcək.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb