Emil Məsimov AzerTelecom şirkətinin Direktorlar şurasının sədri vəzifəsinə təyin edilib.
“İki sahil” xəbər verir ki, Direktorlar şurasının sabiq sədri Fuad Allahverdiyev AzerTelecom şirkətindən, eləcə də NEQSOL Holding-dən noyabr ayında ayrılıb.
Cənab Məsimov 18 ildən artıqdır ki, telekommunikasiya sektorunda fəaliyyət göstərir. O, hazırda Azerconnect şirkətinin Baş direktoru olmaqla bərabər informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bir neçə böyük şirkətin Müşahidə Şurasında təmsil olunur. Emil Məsimov biznesin idarə edilməsi üzrə İngiltərənin Mançester Universiteti və Harvard Biznes Məktəbinin məzunudur.
AzerTelecom Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun Telekommunikasiya qrupuna daxildir.
NEQSOL Holding on bir ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir və 12.000-dən çox işçi heyətinə malikdir.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb