2023-cü ilin Tədbirlər Planına uyğun olaraq Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda ümumi həcmi 790 min kubmetrdən çox olan 987 anbarın yuyulub təmizlənməsi nəzərdə tutulub.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən “İki sahil”ə verilən məlumatda bildirilib.
Qeyd olunub ki, cari ilin yanvar ayından başlayaraq anbarların yuyulub dezinfeksiya edilməsi işləri intensiv qaydada davam etdirilib: “Ötən müddətdə ümumi tutumu 742 min kubmetr olan 970 mərkəzi və məhəllədaxili anbarın yuyulması təmin edilib, ilin sonuna qədər digər anbarların yuyulması işləri yekunlaşacaq. Anbarların yuyulması Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzlərinin rəyi əsasında texnoloji təlimata uyğun olaraq həyata keçirilir”.
İstismar dövründə anbarlardan mütəmadi su nümunələri götürülərək Mərkəzi Laboratoriyada analiz olunur: “Suyun tərkibində hər hansı kənarlaşmalar olduqda və onun aradan qalıdırılması mümkün olmadıqda həmin anbara bir daha baxış keçirilərək növbədənkənar qaydada yuyulması təmin olunur”.
Qeyd olunub ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin balansında olmayan və mənzil-tikinti kooperativlərinə məxsus su anbarları da ildə ən azı bir dəfə yuyulub təmizlənməlidir: “Bununla bağlı mənzil tikinti kooperativləri məlumatlandırılır, əhaliyə verilən içməli suyun təhlükəsizliyi üçün anbarların yuyulub-təmizlənməsinin zəruri olduğu onların diqqətinə çatdırılır”.
“Mənzil tikinti kooperativləri su anbarlarının yuyulub təmizlənməsi üçün bu sahədə ixtisaslaşmış təşkilatlara və ya yerli sukanal idarələrinə müraciət edə bilər. Anbarların yuyulması tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq kooperativlərin vəsaiti hesabına həyata keçirilir. Yuyulub-təmizlənmiş anbarların istismarına Gigiyena və Epidemiologiya mərkəzlərinin rəyi əsasında icazə verilir”, - deyə vurğulanıb.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb