08 dekabr 2023 16:27
388

ATƏT sədri: Azərbaycanın və Ermənistanın birgə bəyanatı ehtiyac duyulan müsbət addımdır

"Azərbaycanın və Ermənistanın dünən verdiyi birgə bəyanat dayanıqlı sülhə gedən yolda ehtiyac duyulan müsbət addımdır".

“İki sahil” xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani "X" hesabında bildirib.

O qeyd edib ki, ATƏT "davamlı dialoq üçün platforma kimi və sazişlərin icrası üzrə tərəfdaş kimi kömək etməyə hazırdır".