Azərbaycan Respublikası Dövlət Neft Fondunun fəaliyyəti müddətində gəlirlərinin həcmi 192,7 mld. ABŞ dolları təşkil edib.
Bu barədə “İki sahil” Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü ilin büdcəsinə verdiyi rəyə istinadən xəbər verir.
Sənədə əsasən, hesabat dövrü Fondun xərcləri 137,2 mld. ABŞ dolları səviyyəsində olub.
Rəydə qeyd olunur ki, Fondun dövlət büdcəsinə transfertin həcmi isə 120,3 mld. ABŞ dolları və ya ümumi xərclərin 87,7%-ni təşkil edib.
Xatırladaq ki, ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb