Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru Avropa İttifaqı (Aİ) üçün strateji əhəmiyyət kəsb edir.
“İki sahil” xəbər verir ki, bu barədə Aİ-nin Serbiyadakı səfiri Emanuele Cofre Niş (Serbiya) şəhərində Bolqarıstan-Serbiya Qaz İnterkonnektorunun işə salınma mərasimində bildirib.
"Mən bu sahədə çalışan hər kəsə və Avropa İttifaqına bunun mümkün olması üçün çox çalışdıqlarına görə təşəkkür etmək istəyirəm", - deyə o bildirib.
E.Cofre qeyd edib ki, Aİ Serbiyaya dəstəyi gücləndirib, ən həssas təbəqələrə kömək etmək və enerji xərclərini azaltmaq üçün 65 milyon dollar ayırıb.
"Və bu, son 20 ildə enerji sektoruna edilən 1 milyard dollar artımın bir hissəsidir. Bu da Serbiyanın Avropa Birliyinə üzvlüyə namizəd olması ilə bağlıdır", - deyə o əlavə edib.
E.Cofre qeyd edib ki, Serbiyanın yeni inkişaf planı islahatlar və əlavə maliyyə üçün daha çox imkanlar verəcək.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb