Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası “Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə üzrə Müsabiqə Komissiyası haqqında Əsasnamə”nin və “Müvəkkil kredit təşkilatlarının seçilmə meyarlarının təsdiq edilməsi barədə” 31 yanvar 2019-cu il tarixli qərarında dəyişiklik edib.
“İki sahil” xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra Agentliyin müvəkkil kredit təşkilatı olmaq üçün maliyyə qurumlarının statistik göstəriciləri nəzərə alınmayacaq.
Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb