11 dekabr 2023 13:10
188

Avropa Komissiyası Ukrayna üçün “təhlükəsizlik zəmanətləri" hazırlayıb- Borrel

Avropa Komissiyası Ukrayna üçün “qabaqcıl təhlükəsizlik zəmanətiləri” hazırlayıb və Aİ ölkələrinə təklif edib.

“İki sahil” xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

Onun sözlərinə görə, buraya yeni silah təchizatını maliyyələşdirmək üçün Avropa Sülh Fondunun genişləndirilməsi də daxildir və qərar 14-15 dekabr tarixlərində keçiriləcək Aİ sammitində qəbul ediləcək: "Biz bu həftənin sonunda Aİ sammitində Ukraynaya dair “qabaqcıl təhlükəsizlik zəmanətiləri"ni təqdim edəcəyik. Nazirlər məsələ ilə bağlı müzakirələr aparacaqlar".