11 dekabr 2023 15:44
198

İsveçrənin Sion şəhərində baş verən atışmada ölənlər var

İsveçrənin Sion şəhərində baş verən atışma nəticəsində iki nəfər ölüb, bir nəfər isə yaralanıb.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.

Qeyd edilib ki, atəş açan şəxs məlum deyil: "Polis həmin şəxsin saxlanılması üçün dərhal hərəkətə keçib".

Cinayətkarın qurbanlarını tanıdığı güman edilir.