11 dekabr 2023 15:56
150

Ermənistanda son bir həftə ərzində daha 8 nəfər qızılcaya yoluxub

Ermənistanda son bir həftə ərzində daha 8 nəfər qızılcaya yoluxub.

"İki sahil” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, qızılcaya yoluxma hallarının ümumi sayı 521-ə yüksəlib, onlardan 371-i uşaqdır. Hazırda 4 nəfər xəstəxanaya yerləşdirilib.