“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Konteyner” MMC dünyanın ən böyük gəmiçilik şirkətlərindən biri olan "COSCO SHIPPING Lines"la əməkdaşlıq çərçivəsində Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarını Rumıniyanın Konstanta limanı ilə birləşdirən yeni xidmətə start verir.
“İki sahil” xəbər verir ki, bu barədə “ADY Konteyner” məlumat yayıb.
Məlumata görə, birgə layihə çərçivəsində Aktau və Türkmənbaşı limanları ilə Rumıniyanın Konstanta limanı arasında dəmiryolu və dəniz xətti ilə birgə daşımalar həyata keçiriləcək. Layihə çərçivəsində “ADY Konteyner” şirkəti konteyner qatarlarını Aktau və Türkmənbaşı limanlarından Xəzər dənizi və dəmiryolu vasitəsilə Gürcüstanın Batumi limanına çatdırılmasını həyata keçirəcək. Konteynerlər Batumidən Rumıniyanın Konstanta limanına "COSCO SHIPPING Lines"ın təqdim etdiyi gəmilər vasitəsilə daşınacaq.
Aktau və Türkmənbaşı limanları ilə Konstanta limanı arasında yeni dəmiryolu-dəniz əlaqəsi hazırkı mürəkkəb vəziyyətdə təchizat zəncirinin bütövlüyünü təmin edəcək, Çin və Orta Asiya ilə Avropanı sürətli və səmərəli xidmətlə birləşdirməyə şərait yaradacaq.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb