Azərbaycanın işğaldan azad edilmiş ərazilərində torpaq islahatları yekunlaşmaq üzrədir.
“İki sahil” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
"Bu sahədə yekun qərar olduqdan sonra lazımi addımlar atılacaq", - deyə o qeyd edib.
"Son bir neçə ildə həmin ərazilərdə dəmyə əkinləri olub və müsbət nəticəsini verir. İşğaldan azad olunmuş ərazilərin potensial əkin sahəsi 160 min hektara yaxındır. Zaman, iqlim və digər şərtlərə əsasən, nə qədər sahənin əkiləcəyi müəyyənləşdiriləcək. İslahat qərarları konsepsiyası müəyyən edildikdən sonra pay torpaqlarının verilməsinə başlanılacaq" - deyə nazir əlavə edib.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb