Azərbaycan Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayacaq.
“İki sahil” xəbər verir ki, bu barədə mətbuata açıqlamasında serbiyalı politoloq Straxinya Obrenovic bildirib.
O, qeyd edib ki, dekabrın 10-da açılışı olan Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru Azərbaycan “mavi yanacağı”nın Serbiyaya nəqlini təmin edəcək: “Bu da öz növbəsində Serbiyanın enerji təhlükəsizliyinin gücləndirilməsinə və təchizatı mənbələrinin şaxələndirilməsinə kömək edir”.
Ekspert qeyd edib ki, Belqradın səlahiyyətli orqanlarının proqnozlarına əsasən, Azərbaycandan təbii qaz idxalının həcminin illik 1 milyard kubmetrə çatdırılması planlaşdırılır: “Serbiya regionda təbii qaz tədarükü üçün mühüm tranzit ölkəyə çevrilməyə çalışır. Bu məqsədə çatmaq üçün biz Şimali Makedoniya, Bosniya və Herseqovina kimi qonşu ölkələrlə bu sahədə əməkdaşlıq etmək niyyətindəyik”.
S.Obrenoviç qeyd edib ki, Azərbaycanla Serbiya arasında əldə olunan razılaşmalar həm də iqtisadi əlaqələrin inkişafına təkan verəcək, həm də enerji, nəqliyyat, texnologiya və müdafiə sahələrində investisiyaların qoyuluşu üçün zəmin yaradacaq: “Azərbaycan şirkətləri artıq Serbiya bazarında mövcuddur. Üstəlik, Serbiyadan olan investorlar Azərbaycanda bizneslərini genişləndirməkdə maraqlıdırlar”.
Xatırladaq ki, dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Prezident İlham Əliyev, Serbiya dövlət başçısı Aleksandar Vuçiç və Bolqarıstan lideri Rumen Radev mərasimdə iştirak ediblər.
Bu interkonnektor Serbiya və Qərbi Balkan regionunda enerji mənbələrinin şaxələndirilməsinə töhfə verəcək, Serbiyanı müxtəlif qaz şəbəkələri sistemləri, xüsusən də Azərbaycandan və Yunanıstandakı Aleksandrupolis LNG terminalı vasitəsilə daha təhlükəsiz və dayanıqlı enerji resursu təchizatı ilə təmin edəcək./report/
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb