Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) vergi ödəyicilərindən 15 və 20 dekabr tarixlərinə qədər məcburi sosial sığorta və vergi ödənişlərini etmələrini tələb edib.
"İki sahil” DVX-yə istinadən xəbər verir ki, bu il dekabrın 15-dək Məcburi Dövlət Sosial Sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi lazımdır.
Eyni zmaanda cari ilin dekabrın 20-i xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlavə dəyər vergisi, aksizlər, yol vergisi, mədən vergisi, pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə sadələşdirilmiş vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, sığorta müqaviləsi vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyindən tutulan verginin ödənilməsinin son günüdür.
DVX xəbərdarlıq edir ki, qeyd edilən ödənişlər vaxtında həyata keçirilmədikdə əlavə faizlər hesablanacaq.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb