Mərkəzi Banka daxil olmuş vətəndaş müraciətləri əsasında aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, naməlum şəxslər sosial şəbəkələr üzərindən “Maryam Invest” investisiya şirkəti adı ilə yüksək gəlir vəd edərək investisiya xidməti göstərilməsi adı altında vətəndaşların pul vəsaitlərini mənimsəməyə cəhd edirlər.
Bu barədə “İki sahil” Azərbaycan Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, son dövrlər ölkə hüdudlarından kənarda yeni fırıldaqçılıq hallarına cəhd edildiyi müşahidə edilir. Mərkəzi Banka daxil olmuş vətəndaş müraciətləri əsasında aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, naməlum şəxslər sosial şəbəkələr üzərindən “Maryam Invest” investisiya şirkəti adı ilə yüksək gəlir vəd edərək investisiya xidməti göstərilməsi adı altında vətəndaşların pul vəsaitlərini mənimsəməyə cəhd edirlər. Fırıldaqçılar qeyd olunan şirkətin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziya aldığını bildirərək saxta sənədlər əsasında vətəndaşların etibarını qazanmağa çalışaraq onları təqdim etdikləri xarici bank hesablarına investisiya etməyə təşviq edirlər
Mərkəzi Bank bir daha əhalini diqqətli olmağa və fırıldaqçıların bu tipli təkliflərinə aldanmamağa, belə halların geniş vüsət almamasından ötrü investisiya xidmətlərindən istifadə etməmişdən əvvəl bu xidmətləri təklif edən şəxslərin fəaliyyətinin qanuniliyinin və lisenziyası olan şəxslərin siyahısının dəqiqləşdirilməsi üçün Mərkəzi Bankın rəsmi internet səhifəsindən (https://www.cbar.az/page-200/investment-companies ) istifadə etməyə çağırır.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb