Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ənənəvi suvarma üsulları qadağan olunmalı, damcı, çiləmə kimi müasir texnologiyalar tətbiq edilməlidir.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Bakıda keçirilən "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda bildirib.
"Bizim öz ərazilərimizdə formalaşan su mənbələri var. Qısa zamanda layihələr həyata keçirərək ölkəmizdə formalaşan su ehtiyatlarının toplanmasına nail ola bilərik. Təbii ki, bu bahalıdır. Su anbarları inşa olunmalıdır. Əsas odur ki, dövlət başçısı bu məsələyə dəstək verir. Zəngilan və Qubadlının bir hissəsinə su kəmərləri çəkilib. Azərbaycanın əsas əraziləri suvarmaya ehtiyacı olan hissələridir. Bu gün istehlakçıya su vermək üçün mənbədən iki dəfə çox su götürmək lazımdır. Yarıbayarı su itkisi olur. Müasir suvarma sistemləri ilə səmərəlilik qorunur", - deyə o qeyd edib.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb