Gələn il Ağdam-Füzuli avtomobil yolunun inşasının yekunlaşdırılması nəzərdə tutulub.
“İki sahil” xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Bakıda keçirilən "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfrans çərçivəsində təşkil olunmuş "Böyük Qayıdış: yeni iqtisadi reallıqlar və əmək bazarının dəyişən tələbləri" mövzusunda panel müzakirələrində bildirib.
Bundan başqa, o qeyd edib ki, Bərdə-Ağdam avtomobil yolunun inşası da yekunlaşmaq üzrədir.
"Artıq həmin ərazidə "Azərenerji" ASC 2 yarımstansiya istifadəyə verib. Ağdamda "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq 2026-cı ilin sonuna qədər 5 yaşayış məhəlləsi və 12 kənd inşa olunaraq sakinlərə təhvil veriləcək. Ağdamda tarixi-mədəni abidələr də bərpa olunur, mərkəzi və meşə parkları layihələndirilir və yaxın zamanda inşasına başlanacaq. Ağdam əvvəllər də sənaye şəhəri kimi tanınıb. İndi burada sənaye parkı var və rezidentlər zavod, fabriklərin inşasına başlayıb. Növbəti il onların bir neçəsinin açılışı olacaq", - deyə B.Hacıyev əlavə edib.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb