Azərbaycandan Rusiyaya toyuq yumurtasının ilk tədarükü bu həftənin sonuna qədər, Türkiyədən isə yaxın vaxtlarda gözlənilir.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Daxili bazarı təmin etmək məqsədilə operativ tədbir çərçivəsində toyuq yumurtası ilə bağlı idxal rüsumlarının sıfıra endirilməsi barədə qərar qəbul edilib və bu məhsulun tədarükünün artırılması istiqamətində dost ölkələrlə də danışıqlar aparılır. Azərbaycandan ilk tədarüklər bu həftənin sonuna, yaxın gələcəkdə isə Türkiyədən gözlənilir. Nəticədə, növbəti ayda qiymət dinamikasının sabitləşəcəyi proqnozlaşdırılır”, - məlumatda qeyd olunub.
Nazirliyin məlumatına əsasən, 2023-cü ilin 10 ayının yekunlarına görə, yumurta istehsalı 2,3 % artaraq 31,74 milyard ədəd təşkil edib.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb