“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 dekabr 2023-cü il tarixinədək burada 421,9 mlrd. kubmetr qaz hasil edilib.
Energetika Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, hesabat dövründə AŞG-dən 215,2 milyard kubmetr, “Şahdəniz”dən isə 206,7 mlrd. kubmetr qaz hasil edilib.
“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 146,4 mlrd. kubmetri ixraca nəql edilib”, - məlumatda qeyd olunur.
Məlumata görə, 2023-cü ilin yanvar- noyabr ayları üzrə operativ məlumatlara əsasən, 11 ay ərzində Azərbaycanda 44 mlrd. kubmetr təbii qaz hasil edilib. Qazın 11,7 mlrd. kubmetri AÇG-dən, 24 mlrd. kubmetri “Şahdəniz”dən, 0,6 mlrd. kubmetri “Abşeron”dan, 7,7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 3,6 faiz, yəni 1,5 mlrd. kubmetr artımla qaz hasil edilib.
“Hesabat dövründə xaricə qaz satışı 22,05 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% çoxdur. Cari ilin yanvar-noyabr aylarında Avropaya 10,85 mlrd. kubmetr, Türkiyəyə 8,7 mlrd. kubmetr, Gürcüstana isə 2,5 mlrd. kubmetr qaz satılıb. Qeyd edək ki, bu müddətdə Türkiyəyə TANAP-la 5,1 mlrd. kubmetr qaz nəql olunub”, - məlumatda bildirilir.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb