Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2023-cü il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu pisləşdirib, 2024-cü il üçün isə dəyişməyib.
Bu barədə “İki sahil” OPEC-in aylıq hesabatına istinadən xəbər verir. 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının təqribən 700 min barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu da illik müqayisədə 30 min barel azalma deməkdir və öncəki artım tempi üzrə proqnoz göstəricidən təxminən 13 min barel çoxdur.
Qeyd olunur ki, proqnozun azalmaya doğru korrektə edilməsi oktyabr ayında əsas neft yataqlarında hasilatın gözləniləndən aşağı olması ilə əlaqədardır.
Hesabata əsasən, 2024-cü il üçün Azərbaycanda maye karbohidrogenlərin gündəlik hasilatı stabil olaraq 0,7 mln. barel səviyyəsində qalacaq (proqnoz dəyişməyib).
Qeyd olunur ki, 2022-ci ildə sözügedən göstərici orta hesabla 700 min barel səviyyəsində olub, bu da illik müqayisədə 65 min barel azdır.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb