“Azərbaycan Dəmir Yolları” QSC lazımi kadrlara ehtiyacını ödəmək üçün gələn il Təlim İnkişaf Mərkəzi yaradacaq.
“İki sahil” xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sədrinin müşaviri Aysel Soltanova Bakıda keçirilən “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfrans çərçivəsində təşkil edilmiş “Dəyişən nəqliyyat və logistika xəritəsində iddialı yer tutan Azərbaycan: Sənayenin yeni bacarıq və səriştə ehtiyacları” mövzusunda panel müzakirələrində bildirib.
O qeyd edib ki, mərkəzin yaradılması üçün ən yaxşı təcrübələr öyrənilir: “Təcrübə mübadiləsi aparmaq üçün Türkiyəyə səfər planlaşdırılır. Həmçinin dəmir yolları sahəsində müsbət təcrübəsi olan Avropa ölkələrinin də təcrübəsi öyrənilir".
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb