Cari ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 609 min barel olub.
Energetika Nazirliyindən “İki sahil"ə verilən məlumata görə, hasilatın 492 min barelini xam neft, 117 min barelini kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.
Beləliklə, Azərbaycan noyabr ayında "OPEC+" çərçivəsində kvotasından 192 min barel geridə qalıb.
Onu da əlavə etmək lazımdır ki, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb