Razılaşmada iştirak edən “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri noyabrda oktyabr ayı ilə müqayisədə gündəlik neft hasilatını 270 min. barel azaldaraq, 36,22 mln. barelə çatdırıb.
Bu barədə “İki sahil” Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında istinadən xəbər verir.
Hesabata əsasən, alyansın kvotaları olan 19 üzv ölkəsi noyabr ayında gündəlik 36,22 mln. barel hasil edib, oktyabr ayında isə bu göstərici 36,49 mln. təşkil edib. Beləliklə, hesabat dövründə gündəlik hasilat 270 min barel azal;b.
Hesabat dövründə bütün 23 “OPEC+” ölkəsində (kvotadan azad edilmiş saziş iştirakçıları da daxil olmaqla) ümumi gündəlik neft hasilatı 130 min barel azalaraq 43,01 mln. barelə enib.
Anqola, Nigeriya və İraqda hasilatın 230 min barel azalması İranda hasilatın artması ilə kompensasiya edilib.
Təkcə OPEC ölkələrində hasilat noyabrda 100 min barel azalaraq 28,1 mln. barelə, OPEC-ə daxil olmayan ölkələrdə (“OPEC+” iştirakçıları) isə 30 min barel azalaraq 14,91 mln. barelə enib.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb