Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında yerli pul bazarları haqqında fikir mübadiləsi aparılıb.
“İki sahil” xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov “X” hesabında bildirib.
T. Kazımov Mərkəzi Bankda AYİB-in xəzinədarı Axel van Nederveenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Görüş zamanı EBRD-nin Azərbaycandakı fəaliyyəti, Mərkəzi Bank və EBRD arasında əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri ilə bağlı məsələləri müzakirə etdik, yerli pul bazarları haqqında fikir mübadiləsi apardıq", - deyə baş bankir bildirib.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb