Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının ümumi profisiti 6 milyard 402 milyon ABŞ dolları təşkil edib.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 % azdır.
Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 6 milyard 673,9 milyon dollarlıq profisit (1 il əvvələ nisbətən 2,7 dəfə az), kapital hesabındakı 8,4 milyon dollarlıq kəsir (1 il bundan əvvəl profisit olub), maliyyə hesabındakı 398,7 milyon dollarlıq profisit (1 il bundan əvvəl il kəsir olub), balanslaşdırıcı maddələr üzrə 662,2 milyon dollarlıq kəsir (29,6 % çox) hesabına formalaşıb.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb