2023-cü ilin yanvar-noyabr ayları üzrə operativ məlumatlara əsasən, 11 ayda respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 223,0 mln. kVt·st, yəni 0,8 % artaraq 26 487,5 mln. kVt·st olub.
“İki sahil” xəbər verir ki, yanvar-noyabr ayları ərzində elektrik enerjisi istehsalı İES-lərdə 24 525,1 mln. kVt·st, SES-lərdə 1 636,5 mln. kVt·st, digər mənbələr üzrə isə 325,9 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 54,3 mln. kVt·st, günəş elektrik stansiyalarında 69,7 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 201,9 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 23 894,9 mln. kVt·st (İES-lərdə 22 363,3 mln. kVt·st, SES-lərdə 1 531,6 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 444,2 mln. kVt·st (İES-lərdə 295,5 mln. kVt·st, SES-lərdə 90,9 mln. kVt·st, Günəş ES-də 57,8 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 40,1 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 2 108,3 mln. kVt·st təşkil edib.
2023-cü ilin yanvar-noyabr ayları üzrə elektrik enerjisinin ixracı 2 752,7 mln. kVt·st, idxalı isə 200,8 mln. kVt·st olub.
Qeyd edək ki, 2023-cü ilin noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 453,4 mln. kVt·st olub. Bu ayda elektrik enerjisinin idxalı 10,6 mln. kVt·st, ixrac isə 401,2 mln. kVt·st təşkil edib.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb