Bu il ölkə tarixində ilk dəfə olaraq Bakı-Qəbələ-Bakı istiqamətində sərnişindaşımaya başlanıldı və hazırda yalnız həftəsonları fəaliyyət göstərən bu marşrut üzrə qatarların dolumluluq səviyyəsi 70 %-ə yaxındır.
“İki sahil” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova bildirib.
Onun sözlərinə görə, Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarların dolumluluq səviyyəsi 100 %-i tamamlayır: “Xidmətimizdən istifadə edən sərnişinlərin təxminən 10 %-i xarici turistlərdir”. S.Nəzərova qeyd edib ki, bu il Abşeron dairəvi dəmir yolu xəttinin ətrafında NFC bank kartlarını dəstəkləyən turniketlər mərhələli şəkildə artırılır: “Cari il həmçinin ADY mobil tətbiqi - rəqəmsal həll olaraq sərnişinlərimizə təklif olunub. Artıq 30 mindən çox sərnişin tərəfindən tətbiq yüklənib. Vaxtaşırı olaraq sərnişinlərimizə rəqəmsal mühitdə səfərlərini planlaşdırmaq kimi yeni imkanlar yaradırıq”.
O qeyd edib ki, nəticədə Abşeron dairəvi üzrə kassa və köşklərə yaxınlaşmağa, kağız biletlər almağa, növbələrdə gözləməyə ehtiyac qalmayıb: “Biz özümüz ətraf mühiti qorumaqla sərnişinlərimizi də arxamızca aparırıq və kağız sərfiyyatının minimuma endirilməsini təşviq edirik”.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb