2023-cü ilin yanvar-noyabr ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,9 faiz və 18,1 faiz artıb.
"İki sahil”in Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 206,9 milyon ton yük daşınıb.
Yüklərin 4,0 faizi dəniz, 8,1 faizi dəmir yolu, 0,1 faizi hava, 57,7 faizi avtomobil nəqliyyatı, 30,1 faizi isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınan yüklərin həcmi 4,6 faiz artıb. Daşınan yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,9 faiz təşkil edib.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb