2023-cü ilin yanvar-noyabr aylarında nəqliyyatçılar 1732,0 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,0 faizi avtomobil nəqliyyatı, 11,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
“İki sahil”in Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 119,2 milyon ton yük, 1524,7 milyon sərnişin daşınıb. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,3 faiz və 19,9 faiz artımın qeydə alınması deməkdir.
DSK-nın məlumatında qeyd olunur ki, sərnişinlərin 94,5 faizi avtobus, 5,5 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.
"Yük dövriyyəsi 5,1 faiz, sərnişin dövriyyəsi isə 20,7 faiz artıb. Metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 5,8 faiz artaraq 198,2 milyon nəfər olub, - deyə məlumatda bildirilib.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb