Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar-noyabr aylarında 16,7 mln. ton yük, 6342,3 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,8% azalma, sərnişin daşınmasında isə 39,9% artım müşahidə olunub.
Məlumata görə, orta hesabla sutkada 366 vaqon yüklənmiş, 424 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 18,5 min ton, Qərb istiqaməti üzrə 2,7 min ton, Cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb