Azərbaycanda dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-noyabr aylarında daşınmış yüklərin həcmi 8313,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,4% artıb.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, yüklərin 54,9 faizini neft yükləri təşkil edib.
Məlumata görə, dəniz limanları tərəfindən 12 307,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 10 190,4 min tonunu və ya 82,8%-i tranzit yüklər təşkil edib. 2023-cü il dekabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 405,8 min ton olub.
“Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,2% artaraq 21,8 min nəfər olub”, - məlumatda qeyd olunur.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb