Meksika hökuməti ABŞ-nin “Tesla” şirkətinə ölkədə zavod inşa etmək üçün 153 milyon ABŞ dollar dəyərində vergi güzəştləri verib.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə Meksikanın Nuevo-Leon ştatının hökuməti məlumat yayıb.
Bildirilib ki, təsdiq edilmiş güzəştlər zəruri nəqliyyat infrastrukturunun yaradılmasına töhfə verəcək və şirin su çatışmazlığı problemlərinin həllinə kömək edəcək.
Qeyd edilib ki, “Tesla” zavodun yaradılmasına ilkin olaraq 4,5 milyard ABŞ dolları sərmayə qoyacaq və bu, ştat tarixində rekord göstərici olacaq.
Daha əvvəl Nuevo-Leon ştatının qubernatoru Samuel Qarsiya məlumat vermişdi ki, Meksikada “Tesla”nın zavodunu təxminən 9 aya inşa edilə bilər. Müəssisə ABŞ sərhədinə yaxın ərazidə - Santa-Katarina rayonunda yerləşəcək.
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb